YapiKredi Müraciət Forması
Şou-biznes

Türkiyəli reper xəstəxanaya yerləşdirildi

Türkiyəli reper xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış reperlərindən olan Killa Hakan səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya aparılıb.

Demokrat.az xəbər verir ki, 53 yaşlı sənətçinin hazırda reanimasiya şöbəsində müalicə aldığı bildirilir.

Reperin vəkili Şükrü Sarıdere vəziyyətlə bağlı açıqlama verərək onun reanimasiyada olduğunu təsdiqləyib. O, hələlik ifaçının səhhəti barədə ətraflı məlumat verə bilməyəcəklərini qeyd edib və ailənin şəxsi həyatına hörmət göstərilməsini istəyib.

Xatırladaq ki, Killa Hakan 2022-ci ildə koronavirusa yoluxduqdan sonra da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Həmin dövrdə reperin böyrək və ağciyərlərində ciddi problemlər yarandığı açıqlanmışdı.

FH
Fidan Hacızadə
Müxbir