Türkiyəli yazıçı Metin Hara ilə dünyaca məşhur model Adriana Limanın 2017-2019-cu illərdə yaşadığı münasibət illər sonra yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə Hara haqqında yayılan və ayrılıqla bağlı olduğu iddia edilən açıqlamalar müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Onedio" nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan iddialara görə, Metin Hara Adriana Limanı özünün tərk etdiyini, modelin dəfələrlə ona zəng etdiyini, lakin zənglərə cavab vermədiyini söyləyib. Hətta sonuncu telefon danışığı zamanı Limanın ağlayaraq ondan münasibətə qayıtmasını istədiyi iddia olunub. Hara isə həmin vaxt kitab yazdığı üçün emosiyalarına qapılmaq istəmədiyini və barışmağa razılaşmadığını bildirib.
Bu sözlər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə və etirazlara səbəb olub.
Metin Hara isə yayılan məlumatlara münasibət bildirərək həmin fikirlərin ona aid olmadığını vurğulayıb. O, şəxsi həyatı ilə bağlı heç vaxt paylaşmadığı uydurma detalların ictimaiyyətə təqdim edildiyini qeyd edib.
Yazıçı iddiaları yayan şəxslərdən səsyazısı, yazılı sənəd və ya hər hansı konkret sübut varsa, bunu ictimaiyyətə açıqlamağı tələb edib. Hara, həqiqətə uyğun olmayan paylaşımların davam edəcəyi təqdirdə bütün hüquqi imkanlarından istifadə edəcəyini də bildirib.


Jalə


