YapiKredi Müraciət Forması
İdman

Arseniy Djioyev reytinqdə birincidir - SİYAHI

Arseniy Djioyev reytinqdə birincidir - SİYAHI

Azərbaycan idmançılarının 2026-cı ilin noyabr ayı üzrə reytinq siyahısı müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahının ilk pilləsində 470 xal toplayan sərbəst güləşçi Arseni Djioyev qərarlaşıb. Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan idmançı liderliyə yüksəlib.

Bakıdakı dünya çempionatının qalibi olan cüdoçu Əhməd Yusifov 440 xalla ikinci, Astanadakı mundialın bürünc mükafatçısı sərbəst güləşçi Giorgi Meşvildişvili isə 410 xalla üçüncü yerdədir.

İlk onluqda növbəti yerləri Zelim Tçkayev (400), Nihat Məmmədli (395), Uşanqi Kokauri (360), Sənan Süleymanov (350), Əli Tsokayev (350), boksçu Səidcəmşid Cəfərov (350) və Həsrət Cəfərov (350) tutublar.

Arseniy Djioyev reytinqdə birincidir - SİYAHI