YapiKredi Müraciət Forması
Dünya

ABŞ İranın Keşm adasındakı hərbi hədəflərə qəfil zərbələr endirib

ABŞ İranın Keşm adasındakı hərbi hədəflərə qəfil zərbələr endirib

ABŞ silahlı qüvvələri İranın Keşm adasında yerləşən hərbi obyektlərə hücum edir.

Demokrat.az xəbər verir ki, bu barədə Amerikanın "NewsNation" televiziya kanalının jurnalisti Kelli Meyer "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

O, zərbələrin adada yerləşən radarları və raket buraxılış qurğularını hədəf aldığını bildirib.

İranın ingilisdilli "Press TV" telekanalı ötən gecə Qeşm adasında partlayış səslərinin eşidildiyini təsdiqləyib.

"The Wall Street Journal" qəzeti adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bir neçə həftədir İrana qarşı "kiçikmiqyaslı müdafiə xarakterli zərbələr" endirir.

Məlumatda deyilir ki, Vaşinqton tammiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində olduğu barədə hər hansı siqnal verməmək üçün bu hücumlar barədə məlumat verməkdən qəsdən çəkinib.

Noyabrın 2-də amerikalı jurnalist Taker Karlson yazmışdı ki, İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında olan Tramp administrasiyası yaxın günlərdə İrana qarşı nüvə zərbəsi endirə bilər.

Jurnalistin sözlərinə görə, Tramp nüvə silahından istifadə edib-etməmək barədə qərarı noyabrın 7-dək verə bilər. Hazırda o, vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiv Vitkoffun fikirlərini dinləyir; onların hər ikisi İranla razılaşmanın mümkün olduğuna inanır.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə tələsmir.