YapiKredi Müraciət Forması
Kriminal Özəl

Səbəbsiz yerə döyülən qadın məhkəmədə ərini bağışladı

Səbəbsiz yerə döyülən qadın məhkəmədə ərini bağışladı

Bakının Yasamal rayonunda ər arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 yanvar 2026-cı il tarixində baş verib. 1985-ci il təvəllüdlü Tahir həmin gün səhər saat 09:00 radələrində birgə yaşadıqları evdə arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, 41 yaşlı kişi arvadı ilə səbəbsiz yerə mübahisə edib. Ailə-məişət zəminində yaranan mübahisə zamanı onun sağ qolundan tutaraq burub, həmin qoluna əli ilə zərbə endirib və xəsarət yetirib.

Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, arvadı ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tam ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor