Noyabrın 3-dən etibarən üç bürcün nümayəndəsi uzun müddətdir arzuladıqları məqsədlərə yaxınlaşmaq fürsəti əldə edə bilər. Astroloji proqnoza görə, əvvəlki səylərin nəticələri özünü göstərəcək, cəsarətli planların həyata keçməsi üçün yeni imkanlar yaranacaq.
Demokrat.az xəbər verir ki, bu barədə "UNİAN" nəşri "YourTango"ya istinadən məlumat yayıb.
Astroloji şərhlərə əsasən, Lilithin düz hərəkətə keçməsi bəzi bürclərin özünəinamını və qərarlılığını artıracaq. Bu baxımdan Əqrəb, Oxatan və Dolça bürclərinin nümayəndələri üçün əlverişli dövr başlayır.
Əqrəb
Əqrəblər indiyədək göstərdikləri səylərin nəticəsini görməyə başlayacaqlar. Əldə olunan uğurlar onları yeni hədəflərə yönəldəcək. Astroloji proqnoza görə, bu bürcün nümayəndələri inkişaflarına mane olan problemləri aradan qaldırmaq üçün daha qətiyyətli davranacaqlar. Onların əzmkarlığı çoxdan arzuladıqları nəticəyə çatmalarına kömək edə bilər.
Oxatan
Oxatanlar böyük planlarından və iddialarından geri çəkilmək niyyətində olmayacaqlar. Qarşıdakı dövrdə gözlənilməz fürsətlərlə qarşılaşa və həyatlarında mühüm dəyişikliklərə nail ola bilərlər. Proqnoza görə, vaxtında verilən qərarlar və cəsarətli addımlar indiyədək əlçatmaz görünən arzuların reallaşmasına şərait yarada bilər.
Dolça
Dolçalar yeni imkanları vaxtında dəyərləndirməklə məqsədlərinə daha da yaxınlaşa bilərlər. Onlar öz fikirlərini müdafiə etməkdən çəkinməyəcək, başqalarının təsdiqini gözləmədən qərar verməyə üstünlük verəcəklər. Davamlı və məqsədyönlü fəaliyyətin bu bürcün nümayəndələrinə ciddi uğurlar qazandıra biləcəyi bildirilir.
Jalə


