YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Məşhurların toy tarixi bəlli oldu - FOTOLAR

Məşhurların toy tarixi bəlli oldu - FOTOLAR

Türkiyəli müğənni Derya Uluğ və musiqiçi Asil Gökün toy mərasiminin keçiriləcəyi tarix və məkan məlum olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Bildirilir ki, təxminən 10 ildir birlikdə olan cütlük noyabrın 25-də ailə quracaq. Mərasim İstanbulun Zincirlikuyu bölgəsində yerləşən hotellərdən birində keçiriləcək.

Qeyd edək ki, Asil Gök sevgilisinə doğum günündə evlilik təklifi edib. Daha sonra cütlük ailə üzvləri və yaxın dostlarının iştirakı ilə sadə nişan mərasimi keçirib. Onlar nişan fotolarını sosial şəbəkə hesablarında paylaşaraq izləyicilərindən çoxsaylı təbriklər alıblar.

Məlumata görə, cütlük toy hazırlıqlarını yaxın çevrələrinə sürpriz etmək məqsədilə gizli şəkildə aparıb. Mərasimdə ailə üzvləri ilə yanaşı, yaxın dostlarının və birlikdə çalışdıqları şəxslərin də iştirakı gözlənilir.

Məşhurların toy tarixi bəlli oldu - FOTOLAR

Məşhurların toy tarixi bəlli oldu - FOTOLAR

Jalə