YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Sarp Apakın keçəl və kök göründüyü səhnənin sirri açıldı - FOTOLAR

Sarp Apakın keçəl və kök göründüyü səhnənin sirri açıldı - FOTOLAR

Türkiyənin "Tuzlu Kahve" serialında aktyor Sarp Apakın keçəl və kök obrazda göründüyü səhnənin necə hazırlandığı məlum olub. Ekranda aktyorun tamamilə fərqli görünüşü tamaşaçılar arasında maraq doğurmuş, görüntünün süni intellekt vasitəsilə yaradıldığı üzə çıxmışdı.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri məlumat yayıb.

Serialın sentyabrın 29-da yayımlanan beşinci bölümündə Sarp Apakın canlandırdığı Murat Aydınoğlu tamaşaçıların qarşısına indiki baxımlı görünüşündən fərqli şəkildə çıxıb. Obrazın saçlarının tökülmüş, üzünün isə xeyli dolğun göstərilməsi izləyicilərin diqqətini çəkib.

Həmin görüntülərin süni intellektlə hazırlandığı bilinsə də, bir məqam açıq qalmışdı: Sarp Apak bu səhnəni həqiqətən həmin görünüşdə çəkmişdi, yoxsa obraz tamamilə rəqəmsal şəkildə yaradılmışdı?

Serialın süni intellekt işlərini həyata keçirən Tafi Studios bu suala aydınlıq gətirib. Şirkət səhnənin hazırlanma prosesini əks etdirən xüsusi video yayımlayıb.

Paylaşımda aktyorun səhnəni öz real görünüşü ilə oynadığı, daha sonra isə süni intellekt vasitəsilə saç xəttinin və üz cizgilərinin dəyişdirildiyi nümayiş olunub. Videoda aktyorun mimikaları, baxışları və baş hərəkətlərinin hər iki görüntüdə eyni olduğu görünür.

Tafi Studios paylaşımına zarafatla "Tuzlu Kahve serialı üçün aktyorumuzu bir az kökəltdik. Belə daha yaraşıqlı olmadı?" qeydini əlavə edib.

Beləliklə, ekranda görünən fərqli Murat obrazının başdan yaradılmış rəqəmsal personaj olmadığı, Sarp Apakın real çəkilişinin süni intellektlə dəyişdirildiyi təsdiqlənib.

Sarp Apakın keçəl və kök göründüyü səhnənin sirri açıldı - FOTOLAR

Jalə