Türkiyəli məşhur sənətçi Hülya Avşar jurnalistlərə küçədə müsahibə vermək istəmədiyini bildirərək onlardan şəxsi məkanına hörmət etmələrini istəyib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Ötən bazar günü İstanbulun Yeniköy sahilində iti Güllü ilə gəzintiyə çıxan sənətçi jurnalistlərin kameralarını görən kimi üzünü əli ilə örtüb. O, bundan sonra küçədə ayaqüstü müsahibə verməyəcəyini vurğulayıb.
Jurnalistlərin onu sevdiklərini və müsahibə almaq istədiklərini bildirməsinə isə Avşar sərt cavab verib:
"Məni narahat etməyin, uşaqlar".
Sənətçinin bu reaksiyası bundan sonra küçə müsahibələrinə daha məsafəli yanaşacağı kimi qiymətləndirilib.
Jalə


