YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Kızılcık Şerbeti"ndə Ömərlə Kıvılcımın arasına girən aktrisa serialdan ayrıldı

Kızılcık Şerbetində Ömərlə Kıvılcımın arasına girən aktrisa serialdan ayrıldı

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında Ömərlə Kıvılcımın münasibətlərinə təsir edən Hilal obrazını canlandıran Dila Danışman layihə ilə vidalaşıb. Aktrisa sosial şəbəkə hesabında paylaşım edərək serialdan ayrıldığını təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Dila Danışman seriala 137-ci bölümdə Ömərin həyatına daxil olan Hilal obrazı ilə qatılmışdı. Kıvılcımdan ayrılan Ömərin həyatında peyda olan bu obraz qısa müddətdə tamaşaçılar arasında müzakirələrə səbəb olmuşdu.

Aktrisanın serialdan ayrılacağı ilə bağlı iddialar bir müddətdir gündəmdə idi. Xüsusilə, oktyabrın 29-da çəkiliş meydançasından yayılan görüntülərdə Hilalın əşyalarının taksiyə yüklənməsi bu ehtimalları gücləndirmişdi. Lakin həmin vaxt nə aktrisadan, nə də serialın yayımlandığı "Show TV" kanalından rəsmi açıqlama gəlmişdi.

Danışman paylaşımında Hilal obrazını yaradan ssenaristlər Melis Civelek və Zeynep Gürə təşəkkür edib. O, həmçinin çəkiliş komandası, aktyor həmkarları və tamaşaçılara minnətdarlığını bildirib.

"İndi Hilalla vidalaşmaq vaxtıdır... Qəlbimdə gözəl xatirələr, üzümə təbəssüm, içimdə isə sözlə ifadə olunmaz minnətdarlıqla... Əlvida, Hilal", – deyə aktrisa yazıb.

Qeyd edək ki, serialda Hilalın qardaşı Lider obrazını canlandıran Murat Aygen də layihədən ayrılacağını açıqlamışdı. Hilalın hekayəsinin isə Londona getməyə hazırlaşması və Ömərlə vidalaşması ilə yekunlaşacağı gözlənilir.