YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Sertab Erenerin klipindəki yarıçılpaq rəqqasla bağlı sensasiyalı iddia

Sertab Erenerin klipindəki yarıçılpaq rəqqasla bağlı sensasiyalı iddia

Türkiyəli müğənni Sertab Erenerin yeni "Kendine Aşık" mahnısına çəkdirdiyi klip sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu dəfə diqqət mahnının özündən çox, ekran işində alt paltarında rəqs edən şəxsin kimliyinə yönəlib.

Demokrat.az xəbər verir ki, Türkiyə mediasında yayılan iddiaya görə, klipdə Ereneri müşayiət edən rəqqas əvvəllər "Fənərbağça"nın futbol akademiyasında yetişən Eren Özgürdür. "Gossip Magazin" hesabının paylaşımından sonra bu iddia sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb.

İddialara əsasən, Eren Özgür futbolçu karyerasını başa vurduqdan sonra rəqs sənətinə yönəlib. Lakin onun "Fənərbağça"nın yetirməsi olması və hazırda rəqqas kimi fəaliyyət göstərməsi barədə məlumatı təsdiqləyən müstəqil mənbə yoxdur.

Digər tərəfdən, klipin "YouTube" platformasındakı rəsmi məlumatlarında rəqqas kimi Batur Büklünün adı göstərilib. Stuttgartda balet təhsili alan Büklü İstanbul Dövlət Opera və Baletində də səhnəyə çıxıb. Klipin hərəkət quruluşuna isə Ekin Bernay rəhbərlik edib.

Qeyd edək ki, oktyabrın 28-də yayımlanan "Kendine Aşık" Sertab Erenerin 2027-ci ildə təqdim olunması gözlənilən yeni albomunun ilk təqdimatıdır. Klipin rejissoru Aytekin Yalçındır. Eren Özgürlə bağlı iddia isə hələlik müğənni və ya ekran işinin yaradıcı heyəti tərəfindən təsdiqlənməyib.