YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Şevval Samdan təəccübləndirən etiraf: Bəyəndiyi oğlanları döyürmüş

Şevval Samdan təəccübləndirən etiraf: Bəyəndiyi oğlanları döyürmüş

Türkiyəli müğənni və aktrisa Şevval Sam uşaqlıq illəri ilə bağlı maraqlı etirafları ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, sənətçi aktrisa Eda Ece ilə birlikdə Enis Arıkanın "YouTube"da yayımlanan "Boş Ders" proqramının qonağı olub. Verilişdə uşaqlıq xatirələrini bölüşən Şevval Samın açıqlamaları diqqət çəkib.

Özünü uşaqlıqda çox dəcəl və hərəkətli biri kimi xarakterizə edən Sam məktəbdə qaydalarla yola getmədiyini bildirib. O, hətta bəyəndiyi oğlanlara qarşı qəribə davranış sərgilədiyini etiraf edib.

"Bir oğlanı bəyəndiyim zaman onu gözümə kəsdirirdim, sonra təpik-təpik, yumruqla döyməyə başlayırdım. Bəyənirdimsə, döyürdüm", – deyə sənətçi bildirib.

Şevval Sam həyatı boyu heç vaxt döyülmədiyini də vurğulayıb: "Heç kim mənə əl qaldıra bilməz".

Müğənni məktəb illərində tənbəl və zəif oxuyan şagird olduğunu, qaydalar qoyulanda isə ilk növbədə onları pozmaq istədiyini söyləyib. Anası, tanınmış müğənni Leman Sam haqqında danışan sənətçi onun kənardan sərt görünsə də, əslində mülayim xarakterə malik olduğunu qeyd edib.

Verilişin digər qonağı Eda Ece isə uşaqlıqda Şevval Samdan fərqli olaraq dərslərində çox yaxşı olduğunu deyib. Aktrisa ibtidai sinifdə əlaçı şagird olduğunu, üç bacı böyüdüklərini və uşaqlıqda heç vaxt döyülmədiyini bildirib.