YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Xərçənglə mübarizə aparan məşhur aktrisanın son görüntüsü yayıldı - FOTOLAR

Xərçənglə mübarizə aparan məşhur aktrisanın son görüntüsü yayıldı - FOTOLAR

Türkiyəli aktrisa Gül Onat pankreas xərçəngi ilə mübarizəsini davam etdirir. "Sihirli Annem" serialında Perihan obrazı ilə tanınan sənətçinin sosial şəbəkədə paylaşdığı son fotosu pərəstişkarlarını kövrəldib.

Demokrat.az xəbər verir ki, ağır müalicə prosesindən keçən aktrisanın paylaşımı qısa müddətdə çoxsaylı dəstək və şəfa arzuları ilə qarşılanıb.

1953-cü ildə Ankarada anadan olan Gül Onat 1975-ci ildə "Sefer Seferde" filmi ilə kino sahəsinə qədəm qoyub. O, 2003-2011-ci illərdə yayımlanan "Sihirli Annem" serialında canlandırdığı Perihan obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Aktrisa daha sonra "Yer Gök Aşk", "Lale Devri", "Kaderimin Yazıldığı Gün" və "Hangimiz Sevmedik" kimi ekran işlərində də rol alıb.

Aktrisa xəstəliyinin 2023-cü ildə başladığını və pankreas xərçənginə tutulduğunu daha əvvəl açıqlamışdı. Onun sözlərinə görə, ağır əməliyyatlar keçirib, müalicədən sonra bir müddət vəziyyəti yaxşılaşsa da, xəstəlik bağırsaqlarına yayılıb.

Sentyabr ayında böyrək yollarında aşkarlanan şişlər səbəbindən yenidən əməliyyat olunan sənətçi həmin vaxt da nikbinliyini qorumağa çalışıb. O, izləyicilərinə müraciətində "Narahat olmayın, dik durmağa çalışıram" mesajını vermişdi.

Kimyaterapiya səbəbindən saçlarını qırxdıran Gül Onat iyul ayında bu görüntüsünü sosial şəbəkədə paylaşmışdı. "Sihirli Annem" serialında onun qızını canlandıran İnci Türkay da sentyabrda xəstəxanada aktrisaya baş çəkərək dəstəyini ifadə etmişdi.

Onat son paylaşımı ilə də izləyicilərinin diqqətini çəkib. Pərəstişkarları şərhlərdə aktrisaya şəfa diləyərək ona mənəvi dəstək göstəriblər.

1 / 5