YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Milyonluq malikanəsində yaşaya bilmir: Məşhur aktrisa qorxudan çadırda məskunlaşıb

Milyonluq malikanəsində yaşaya bilmir: Məşhur aktrisa qorxudan çadırda məskunlaşıb

Amerikalı aktrisa və teleaparıcı Cennifer Makkarti yaşadığı evdə aşkarlanan kif problemi səbəbindən ciddi sağlamlıq çətinlikləri ilə üzləşib. Milyonlarla dollar dəyərində malikanəsi olan ulduz hazırda evə girməkdən çəkinir və detoks müalicəsi zamanı həyətində qurduğu çadırda yaşadığını bildirir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri yazıb.

54 yaşlı Makkarti bu barədə aparıcılıq etdiyi "The Jenny McCarthy Wahlberg Show" proqramında danışıb. Onun sözlərinə görə, sağlamlıq problemləri 2024-cü ildən başlayıb. Hər şey diş ağrısı ilə başlayıb, daha sonra dişlərin çəkilməsi, implantların yerindən çıxması və müxtəlif əməliyyatlarla davam edib.

Aktrisa gözlərində təkrarlanan kistalar, ayaqlarında qıcolmalar, üzündə şişkinlik, qida allergiyaları və yuxusuzluq kimi problemlər yaşadığını söyləyib. Uzun müddət bu əlamətlərin səbəbi müəyyən edilməyib. Aparılan müayinələrdən sonra onun kif və mikotoksinlərin təsirinə məruz qaldığı üzə çıxıb.

Malikanəsini satışa çıxarıb

Makkarti əvvəlcə evinin təmiz olduğuna inandığı üçün kiflə bağlı müayinədən keçmək istəməyib. Lakin həkimin tövsiyəsindən sonra testlər etdirib və nəticələr problemin mənbəyinin ev olduğunu göstərib.

Aktrisa müalicə və detoks prosesi zamanı malikanəsinin həyətində qurulan çadırda yaşadığını, hətta binalara daxil olmaqdan belə çəkindiyini deyib. Onun sözlərinə görə, yaşadığı travmadan sonra qapalı məkanlarda kif olduğunu hiss etdiyini düşünür və belə yerlərdən tez çıxmağa çalışır.

Qeyd edək ki, Cennifer Makkarti və həyat yoldaşı, aktyor Donni Uolberq 2015-ci ildə Çikaqo bölgəsindəki evi 1,1 milyon dollara alıblar. Kif problemi aşkarlanandan sonra malikanənin bərpasına ciddi vəsait xərclənsə də, cütlük evi satışa çıxarıb. Hazırda mülk üçün 2,8 milyon dollar tələb olunur.