YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Həyat yoldaşına yönələn tənqidlərə cavab verdi: "Mənim üçün əhəmiyyəti yoxdur"

Həyat yoldaşına yönələn tənqidlərə cavab verdi: Mənim üçün əhəmiyyəti yoxdur

Türkiyəli aktyor Mehmet Günsür 20 illik həyat yoldaşı, italiyalı rejissor Katerina Mongionun xarici görünüşü ilə bağlı sosial şəbəkələrdə yazılan mənfi rəylərə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, aktyor Kuruçeşmedə qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandırarkən tənqidlərə əhəmiyyət vermədiyini deyib.

Günsür həyat yoldaşı ilə 63-cü Antalya "Altın Portakal" Film Festivalına qatıldıqdan sonra sosial mediada səsləndirilən mənfi fikirlərlə bağlı danışıb: "Şərhlər mənim üçün əhəmiyyətli deyil. Hər kəs istədiyini deyə bilər".

Festivalda "Ən yaxşı kişi aktyor" mükafatına layiq görülən sənətçi bu mükafatın onun üçün xoş sürpriz olduğunu bildirib. O, aktyorluğu yalnız mükafat qazanmaq üçün etmədiyini vurğulayaraq, bu peşənin sevgi, ehtiras və zəhmət tələb etdiyini söyləyib.

Hazırda İtaliyada yaşayan Günsür Türkiyə üçün darıxıb-darıxmadığı barədə suala isə hər iki ölkədə olarkən digərini özlədiyini deyib. Aktyorun sözlərinə görə, iki ölkə arasında gedib-gəlmək imkanına sahib olması onun üçün böyük şansdır.

Qeyd edək ki, Mehmet Günsür və Katerina Mongio 2006-cı ildə ailə qurublar. Cütlüyün Maya, Ali və Chloe adlı üç övladı var.