Aparıcı Elgiz Əkbər ünvanına ünvanlanan suallardan birinə sərt reaksiya verib.
O, öz verilişində izləyicilərdən birinin dəfələrlə üzünə "pudra" çəkib-çəkmədiyini soruşmasından narazılığını ifadə edib.
Elgiz bildirib ki, efirdə olmadığı vaxtlarda da üzünə makiyaj etdirməsi ilə bağlı sualların təkrar-təkrar verilməsi onu bezdirib:
"Biri dəfələrlə soruşur ki, üzünüzə "pudra" vurursunuz? Mən efirdə deyiləmsə, gecə saat 12-də restoranda niyə pudra vurum ki?"
Aparıcının bu cavabı studiyada müzakirəyə səbəb olub. (milli.az)


