YapiKredi Müraciət Forması
Kriminal Özəl

50 yaşlı kişi arvadını döydü — Səbəb

50 yaşlı kişi arvadını döydü — Səbəb

Bakının Suraxanı rayonunda 50 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yardımlı rayon sakini, 1976-cı il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı arvadı Aynurla (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, Vüqar arvadının ailə üzvləri barəsində xoşagəlməz sözlər deməsini əsas tutaraq, aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruqla onun sağ qoluna zərbə vuraraq bədən xəsarətləri yetirib.

Faktla bağlı Vüqara qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini və zərərçəkmiş şəxslə barışdıqlarını bildirib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor