2026-cı ilin sonuna qədər Şərq təqviminin dörd heyvanı təmsil edən bürcü üçün maliyyə baxımından əlverişli imkanların yarana biləcəyi iddia olunur. Pələng, Əjdaha, Keçi və İt ilində doğulanların əlavə gəlir əldə etmək, yeni iş imkanları tapmaq və əvvəlki zəhmətlərinin bəhrəsini görmək şansı arta bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Sterlegrad" nəşri Şərq ulduz falına istinadən yazıb.
2026-cı il Şərq təqviminə görə, Od Atı ilidir. Bu dövr fevralın 17-də başlayıb və 2027-ci il fevralın 5-də başa çatacaq. Şərq astrologiyasında At enerjini, müstəqilliyi, hərəkəti və dəyişikliklərə meyilliliyi simvolizə edir.
Pələng – Yeni iş və layihələrdən qazanc
Pələng ilində doğulanlar üçün ilin qalan hissəsi karyera və maliyyə sahəsində dəyişikliklərlə yadda qala bilər. Yeni vəzifə, əlavə layihə və ya iş istiqamətinin dəyişdirilməsi gəlirlərin artmasına şərait yarada bilər.
Astroloji yozumlara görə, Pələng At ili ilə uyğunluğu yüksək olan bürclərdən sayılır. Xüsusilə cəsarətli qərarlar və yeni imkanlardan istifadə etmək maddi vəziyyətə müsbət təsir göstərə bilər.
Əjdaha – Köhnə layihə gəlir gətirə bilər
Əjdaha ilində doğulanlara əvvəllər həyata keçirmək istədikləri, lakin təxirə saldıqları layihələrə yenidən nəzər salmaq tövsiyə olunur. İlin sonunadək yeni tərəfdaşlıqlar, faydalı tanışlıqlar və müştərilər vasitəsilə gəlir əldə etmək imkanları yarana bilər.
Bəzi astroloji proqnozlarda Əjdahalar üçün cəsarətli təşəbbüslərin maddi uğur gətirə biləcəyi vurğulanır.
Keçi – Bacarıqlar gəlir mənbəyinə çevriləcək
Keçi ilində doğulanların qazanc imkanları daha çox şəxsi istedad və bacarıqları ilə əlaqələndirilir. Yaradıcılıq, kiçik biznes, insanlarla ünsiyyət və əlavə peşəkar biliklər yeni gəlir mənbəyinə çevrilə bilər.
Astroloji şərhlərə əsasən, bu bürcün nümayəndələri öz potensiallarını düzgün qiymətləndirməli və gördükləri işin qarşılığında layiqli qazanc tələb etməkdən çəkinməməlidirlər.
İt – Əvvəlki zəhmətin bəhrəsi görünəcək
İt ilində doğulanlar üçün maliyyə uğurunun əvvəllər görülmüş işlərdən qaynaqlana biləcəyi bildirilir. Köhnə iş əlaqələri, peşəkar nüfuz və tamamlanmış layihələr yeni müqavilə, mükafat və ya sərfəli əməkdaşlıq təklifi ilə nəticələnə bilər.
Proqnoza görə, ilin sonuna qədər keçmiş həmkarların və tanışların təkliflərinə diqqətlə yanaşmaq faydalı ola bilər.


