YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Dünya bazarında bahalaşma: Azərbaycanı nə gözləyir?

Dünya bazarında bahalaşma: Azərbaycanı nə gözləyir?

Dünya bazarında enerji daşıyıcıları, ərzaq məhsulları, xammal və digər əmtəələrin qiymətlərində baş verən artımlar qlobal iqtisadiyyata təsir göstərməklə yanaşı, Azərbaycanda da müəyyən iqtisadi dəyişikliklərə səbəb ola bilər. Xarici bazarlardan idxal olunan məhsulların bahalaşması daxili bazarda qiymətlərə, istehsal xərclərinə və inflyasiyaya təsir edə bilər.

Bəs qlobal bazarlarda bahalaşma Azərbaycanın iqtisadi imkanlarına və əhalinin alıcılıq qabiliyyətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, qlobal iqtisadiyyatda inflyasiyanın sürətinin artması ilə əlaqədar olaraq mal və xidmətlərin, hətta ərzaq məhsullarının da qiymətlərində artım müşahidə edilir.

Dünya bazarında bahalaşma: Azərbaycanı nə gözləyir?

Onun sözlərinə görə, texnologiyaların inkişafı ilə məhsulların maya dəyəri aşağı düşməli və nəticədə ərzaq məhsulları nisbətən ucuz qiymətə satılmalıdır:

"Ərzaq məhsullarının qiymətləri həm qlobal iqtisadiyyatda inflyasiyanın artması, həmçinin geosiyasi gərginliklər səbəbindən yüksələ bilir. Məlumdur ki, müxtəlif ölkələr bir sıra məhsullar üzrə artıq ixtisaslaşıblar. Məsələn, buğda Qazaxıstan, Rusiya və Ukraynadan tədarük edilərkən, quru paxlalı bitkilər, fındıq kimi məhsullar üzrə Türkiyə, banan, kivi və bu kimi məhsullar üzrə isə subtropik ölkələr ixtisaslaşıb.

Hər hansı bir ölkədə müharibə şəraitinin yaranması və ya həmin ölkəyə sanksiyaların tətbiq edilməsi qiymətlərin yüksəlməsinə şərait yaradır. Məsələnin ən əsas tərəfi isə idxalçı ölkələrdir. Başqa sözlə desək, yerli istehsal daxili bazarın tələbatını qarşılamadığı üçün məhsulların digər ölkələrdən tədarük edildiyi ölkələrdə vətəndaşlar qiymət artımından daha çox təsirlənirlər.

Bir sıra ölkələrdə kiçik fermer və kəndli təsərrüfatlarının hesabına ölkə idxal məhsullarındakı qiymət artımından o qədər də təsirlənmir. Digər yüksək texnologiyalı ölkələr isə məhsul idxalından əldə edilən gəlirlər hesabına daxili bazardakı qiymətləri tənzimləyirlər.

Bundan əlavə, neft gəlirləri hesabına büdcə xərclərini qarşılayan ölkələr də mövcuddur. Əgər neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilə bilmirsə və illərdir büdcədən milyardlarla vəsait ayrılmasına rəğmən kənd təsərrüfatının gəlirliliyi zəifdirsə və ölkə hələ də idxal məhsullarından asılıdırsa, ərzaq məhsullarının qiymət artımı ölkə vətəndaşının maliyyə yükünü artırır".