Noyabr ayında bəzi bürcləri yeni maliyyə imkanları, digərlərini isə maraqlı tanışlıqlar, iş təklifləri və şəxsi həyatda yeniliklər gözləyə bilər. Ayın əsas mövzusu dəyişikliklərə açıq olmaq, yeni fürsətləri dəyərləndirmək və uzun müddətdir təxirə salınan planlara qayıtmaqdır.
Demokrat.az xəbər verir ki, bu barədə "Sterlegrad" nəşri yazıb.
Qoç – Yeni maliyyə imkanları
Qoçlar üçün noyabr yeni qazanc yolları axtarmaq baxımından əlverişli dövr ola bilər. Qətiyyətli davranmaq və konkret məqsədə fokuslanmaq uğur şansını artıra bilər. Ayın sonuna doğru yeni istiqamətdə ilk addımları atmaq üçün münasib fürsətlər yarana bilər.
Buğa – Gözlənilməz təkliflər
Buğa bürcündən olanlara ayın ortalarında qarşılarına çıxan təkliflərə diqqətlə yanaşmaq tövsiyə olunur. Əvvəl maraqsız görünən bir məsələ sonradan əhəmiyyət qazana bilər. Dostlarla görüşlər və sevimli məşğuliyyətlər də əhval-ruhiyyəyə müsbət təsir göstərəcək.
Əkizlər – Yeni ideyalar
Əkizlər üçün noyabrın ilk günləri yaradıcı fikirlər və maraqlı planlarla yadda qala bilər. Ayın ikinci yarısında bu ideyaları reallaşdırmaq üçün əlverişli şərait yarana bilər. Gözlənilməz iş təkliflərini də nəzərdən keçirmək məsləhətdir.
Xərçəng – Yaxınların dəstəyi
Xərçənglər noyabrda yaxınlarının dəstəyini daha çox hiss edə bilərlər. Etibar etdikləri şəxslə söhbət yarımçıq qalmış layihəyə qayıtmağa və ya mövcud problemə fərqli yanaşmağa kömək edə bilər. Maliyyə məsələlərində isə emosiyalardan çox hesablamalara üstünlük vermək vacibdir.
Şir – İş həyatında yeniliklər
Şirlər üçün bu ay təşəbbüskarlıq dövrü ola bilər. Uzun müddətdir dilə gətirməyə tərəddüd etdikləri ideya faydalı müzakirəyə səbəb ola bilər. Ayın sonlarında iş və şəxsi planlarla bağlı sevindirici xəbərlər almaq ehtimalı var.
Qız – Zəhmətin nəticəsi görünəcək
Qız bürcündən olanlar əvvəlki həftələrdə başladıqları işlərin ilk nəticələrini görə bilərlər. Yeni tanışlıqlar və birgə layihələr də diqqətəlayiq olacaq. Uğurlu imkanlar heç gözləmədikləri mühitdə qarşlarına çıxa bilər.
Tərəzi – Təxirə salınmış planlar
Tərəzilər üçün noyabr gələcək planları yenidən nəzərdən keçirmək vaxtıdır. Gələn ilə saxladıqları bəzi işləri hələ bu ilin sonuna qədər irəli aparmaq mümkün ola bilər. Yeni maliyyə və biznes təkliflərini isə qəbul etməzdən əvvəl diqqətlə qiymətləndirmək lazımdır.
Əqrəb – Cəsarətli addımlar
Əqrəblər noyabrda özlərini daha enerjili və inamlı hiss edə bilərlər. Böyük hədəflər müəyyənləşdirmək və uzun müddətdir tərəddüd etdikləri işlərə başlamaq üçün əlverişli dövr hesab olunur. Bununla belə, uğur naminə düşünülməmiş risklərə getmək məsləhət görülmür.
Oxatan – Yeni mərhələyə hazırlıq
Oxatanlar üçün noyabr gələcək planları müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq. Ayın əvvəlində şəxsi istəkləri və başqalarının gözləntilərini bir-birindən ayırmaq tövsiyə olunur. Ayın sonuna doğru konkret qərar vermək və yeni istiqamətdə hərəkətə keçmək asanlaşa bilər.
Oğlaq – Karyera imkanları
Oğlaqları yeni tanışlıqlar və karyera ilə bağlı maraqlı təkliflər gözləyə bilər. Əvvəlki zəhmətləri nəhayət müsbət nəticə verə bilər. Yeni iş və əməkdaşlıq təkliflərini dəyərləndirərkən şərtləri, öhdəlikləri və müddətləri dəqiqləşdirmək vacibdir.
Dolça – Fərqli ideyalar uğur gətirə bilər
Dolçalar üçün noyabr qeyri-adi yanaşmalar və yaradıcı layihələrlə yadda qala bilər. Ənənəvi üsulların nəticə vermədiyi məsələlərdə fərqli düşüncə tərzi çıxış yolu tapmağa kömək edə bilər. Yeni ideyaları əvvəlcə kiçik miqyasda sınaqdan keçirmək tövsiyə olunur.
Balıqlar – İnkişaf və yeni imkanlar
Balıqları noyabrda yaradıcılıq və şəxsi inkişafla bağlı imkanlar gözləyə bilər. Yeni bacarıqlar öyrənmək, yarımçıq qalmış işləri tamamlamaq və maraq doğuran layihələrə qayıtmaq üçün münasib vaxtdır. Maliyyə məsələlərində isə ehtiyatlı davranmaq və gözləntiləri real imkanlarla uzlaşdırmaq lazımdır.


