2027-ci ildə bəzi bürclər üçün maddi vəziyyətin yaxşılaşması, yeni qazanc imkanları və uzunmüddətli rifah dövrünün başlaya biləcəyi iddia olunur. Qədim inanclarda uğur və bərəkət rəmzi sayılan qızıl nal isə beş bürc üçün qarşıdakı ilin əsas simvolu kimi təqdim edilir.
Demokrat.az xəbər verir ki, "Sterlegrad" nəşri 2027-ci il üçün qaraçı ulduz falını dərc edib.
Astroloji proqnozda Yupiter planetinin hərəkətinə də diqqət çəkilir. Belə ki, planet 2027-ci il iyulun 26-dək Şir bürcündə qalacaq, daha sonra Qız bürcünə keçəcək. Astroloji yozumlara görə, ilin ilk yarısı yeni təşəbbüslər və yaradıcılıq, ikinci yarısı isə praktiki addımlar və əldə olunan nəticələrin möhkəmləndirilməsi ilə əlaqələndirilir.
Nal – Səbir və zəhmət maddi rifah gətirəcək
Dekabrın 22-dən yanvarın 20-dək doğulanlar üçün 2027-ci ilin əsas mövzusu maddi sabitliyin möhkəmləndirilməsi olacaq. Bu bürcün nümayəndələrinə ailə büdcəsinə, peşəkar fəaliyyətə və uzunmüddətli planlara daha çox diqqət ayırmaq tövsiyə edilir.
Proqnoza görə, sürətli qazanc dalınca qaçmaqdansa, mövcud imkanları düzgün dəyərləndirmək daha yaxşı nəticələr verə bilər.
Ulduz – İstedad gəlir mənbəyinə çevriləcək
İyulun 22-dən avqustun 22-dək doğulanlar üçün ilin ilk yarısı daha əlverişli hesab olunur. Yupiterin Şir bürcündə olması yaradıcılıq, özünəinam və cəmiyyətdə tanınmaq imkanları ilə əlaqələndirilir.
Ulduz bürcünün nümayəndələri peşəkar bacarıqlarını nümayiş etdirməklə yeni layihələrə qoşula və əlavə gəlir mənbələri əldə edə bilərlər.
Zəng – Peşəkarlıq qazanc gətirəcək
Avqustun 23-dən sentyabrın 22-dək doğulanları ilin ikinci yarısında daha əlverişli imkanların gözləyə biləcəyi bildirilir.
Bu dövrdə intizam, zəhmət və detallara diqqət ön plana çıxacaq. Peşəkar biliklərin artırılması, yeni bacarıqların mənimsənilməsi və qarşıya qoyulan maliyyə hədəflərinə ardıcıl şəkildə çatmaq əsas tövsiyələr sırasındadır.
Sikkə – Maliyyə qərarlarında düzgün seçim
Sentyabrın 23-dən oktyabrın 22-dək doğulanlar üçün 2027-ci ildə əsas məsələ maliyyə resurslarından düzgün istifadə etmək olacaq.
Xüsusilə ilin ikinci yarısında xərclərə yenidən baxmaq, yığım planı hazırlamaq və işgüzar əlaqələri möhkəmləndirmək üçün əlverişli şərait yarana bilər. Bu bürcün nümayəndələrinə maliyyə qərarlarında düşünülmüş addımlar atmaq tövsiyə olunur.
Təkər – Dəyişikliklər yeni qazanc imkanları açacaq
İyunun 21-dən iyulun 21-dək doğulanlar üçün 2027-ci ilin əsas simvolu hərəkət və dəyişikliklərdir. Yeni istiqamətlər, peşəkar inkişaf və dəyişən şəraitə uyğunlaşmaq bu bürcün nümayəndələrinə əlavə imkanlar qazandıra bilər.
Yupiterin Şirdən Qıza keçidi isə cəsarətli planlardan konkret nəticələrə doğru mərhələli keçidin rəmzi kimi şərh olunur. Bununla yanaşı, maliyyə məsələlərində ehtiyatlı davranmaq vacib sayılır.
Beləliklə, qaraçı ulduz falına əsasən, 2027-ci ildə Nal, Ulduz, Zəng, Sikkə və Təkər bürcləri maddi rifah və uğur baxımından daha əlverişli dövr keçirə bilər.


