Azərbaycanda bəzi özəl tibb müəssisələri dövlət qarşısında borca düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, bunlar aşağıdakılardır:
Yeni Həyat Klinikası: 7 521.87 manat vergi borcu - Qanuni təmsilçisi Ayxan Mehdiyev;
Hind Klinikası: 13 232.74 manat vergi borcu - Qanuni təmsilçisi Ronald Austin D'Mello;
İstanbul Klinikası: 6 249.51 manat vergi borcu - Qanuni təmsilçisi Aynur Məmmədova;
MedAura Klinikası: 505 791.14 manat vergi borcu - Qanuni təmsilçisi Mübariz İsbiyev;
Starlab Klinikası: 6 034.98 manat vergi borcu - Qanuni təmsilçisi Şükürəli Cəfərov;
RM Medicare Klinika: 32 152.52 manat vergi borcu - Qanuni təmsilçisi Simuzər Hüseynova;
R.A Stomatoloji Klinika: 731.19 manat vergi borcu - Qanuni təmsilçisi Raman Məhərrəmov.


