YapiKredi Müraciət Forması
Kriminal Özəl

Ərinin içki içməsinə etiraz edən qadın döyüldü

Ərinin içki içməsinə etiraz edən qadın döyüldü

Bakının Suraxanı rayonunda qadın əri tərəfindən döyülüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Ələddin yüngül dərəcəli sərxoş vəziyyətdə birgə yaşadıqları evdə arvadı Süsənlə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, həmin vaxt Süsən ərinə yaşadıqları evdə spirtli içki qəbul etməsinə irad bildirib. Bununla əlaqədar aralarında yaranan mübahisə zamanı 49 yaşlı kişi əli ilə qəsdən arvadının üz nahiyəsinə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Ələddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ələddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini və zərərçəkmiş şəxslə barışdıqlarını bildirib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor