YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Rayonlarda da velosiped zolağı çəkilsin — Təklif

Rayonlarda da velosiped zolağı çəkilsin — Təklif

Rayonlarda ictimai nəqliyyatın zəif inkişafı sakinləri şəxsi avtomobil almağa məcbur edir. Bu isə ailələrin gəlirlərinin daha böyük hissəsinin avtomobil krediti, yanacaq, təmir və ehtiyat hissələrinə xərclənməsinə səbəb ola bilər.

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında söyləyib ki, bəzi rayonlarda ictimai nəqliyyatın fəaliyyət göstərməsi üçün müvafiq şərait yoxdur.

Rayonlarda da velosiped zolağı çəkilsin — Təklif

Onun sözlərinə görə, rayonların ərazisinin kiçik olması və sərnişin sayının azlığı daxili marşrutların rentabelliyini aşağı salır:

"Belə marşrutların dövlət vəsaiti hesabına, dotasiya ilə fəaliyyət göstərməsi isə hər zaman səmərəli və cəlbedici model hesab edilə bilməz. Bu baxımdan, rayonlarda alternativ nəqliyyat infrastrukturunun yaradılmasına diqqət yetirmək lazımdır. Məsələn, velosiped və skuter yollarının salınması, elektriklə işləyən velosipedlərdən və skuterlərdən istifadənin təşviqi müsbət nəticə verə bilər. Maraqlıdır ki, bu istiqamətdə müəyyən addımlar əsasən Bakıda atılır. Halbuki ictimai nəqliyyat imkanlarının məhdud olduğu rayonlarda belə alternativlər daha böyük əhəmiyyət daşıya bilər. Təbii ki, bu məsələdə yaşlı insanların ehtiyacları da nəzərə alınmalıdır. Onlar üçün elektriklə işləyən xüsusi nəqliyyat vasitələrindən, o cümlədən qolf-kar tipli kiçik nəqliyyat vasitələrindən istifadə etmək mümkündür. Bu cür nəqliyyat vasitələri müəyyən ərazilərdə ictimai nəqliyyat funksiyasını yerinə yetirə bilər.

Ümumiyyətlə, rayonlarda nəqliyyat probleminə daha yaradıcı və fərqli yanaşmaq lazımdır. Şəxsi avtomobillərin sayının çox olmasını yalnız ictimai nəqliyyatın zəifliyi ilə əlaqələndirmək düzgün deyil. Çünki rayon sakinləri gündəlik olaraq kənd təsərrüfatı və digər fəaliyyət sahələri ilə məşğul olurlar. Bu işlərin həyata keçirilməsi üçün də şəxsi avtomobilə ehtiyac yaranır".