YapiKredi Müraciət Forması
Sosial

Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş

Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş

Qobustan rayonunda zəhərlənən şəxslərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional Yol İstismarı İdarəsinin əməkdaşları olduğu bildirilir.

Onların işlədikləri ərazidə yol kənarından toplayıb yedikləri göbələkdən zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

23:06

Qobustan rayonunda zəhərlənən şəxslərin kimliyi məlum olub.

Onlar rayon sakinləri Miryaqub Bayramov, Zaur İlyasov, Etibar Bağıyev, Səfərxan Baloğlanov və Ağa Ağayevdir.

Onlar Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

NE
Nihadə Eyyubova