Binəqədi şosesi ilə Baksol–Biləcəri yolunun kəsişməsində yerləşən işıqfor axşam saatlarından etibarən fəaliyyət göstərməyib. Nəticədə ərazidə nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb, yolda hərəkət iflic vəziyyətinə düşüb. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənib.
Demokrat.az məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə sorğu ünvanlayıb.
Mərkəzdən bildirilib ki, işıqforların fəaliyyətində yaranan fasilə ərazidə elektrik enerjisinin verilişinin müvəqqəti dayandırılması ilə əlaqədar olub.
Qeyd olunub ki, hazırda elektrik enerjisinin verilişi bərpa edilib və işıqforlar normal rejimdə fəaliyyət göstərir.


