Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması qaydalarında dəyişiklik olunur.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif olunur.
Mövcud qanunvericiliyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Təklif olunur ki, bu qayda ləğv olunsun.
Həmçinin nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmurdu.
Layihədə isə qeyd edilir ki, müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumundan azadolma halları "Dövlət rüsumu haqqında" Qanunla müəyyən olunsun.


