YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Rəqqasə Fatimə: "Nəvə saxlamaq fikrim yoxdur, qocalanda baxaram"

Rəqqasə Fatimə: Nəvə saxlamaq fikrim yoxdur, qocalanda baxaram

Rəqqasə Fatimə Fətəliyeva açıqlaması ilə diqqət çəkib.

Sənətçi "Sevilən səhər" verilişində qonaq olarkən nəvələri ilə bağlı fikirlərini bölüşüb. O, hazırda nəvə saxlamaq məsuliyyətini üzərinə götürmək istəmədiyini, işlərinin çoxluğu səbəbindən onlarla kifayət qədər vaxt keçirə bilmədiyini söyləyib.

Fatimə Fətəliyeva bu barədə danışarkən gələcəkdə nəvələrinə daha çox vaxt ayıracağını istisna etməyib:

"Nəvə saxlamaq fikrim yoxdur. Qocalanda saxlayaram. İşlərimin çoxluğundan nəvələrimlə az vaxt keçirirəm. Nəvələr bir az da böyüsünlər, baxaram. Hələlik özümə baxıram. Düşünürəm ki, mənə ehtiyac yoxdur, köməkçi də var. Vaxtım olanda onlarla olmağa çalışıram".

Rəqqasənin bu səmimi etirafı maraq doğurub. (Milli.Az)