YapiKredi Müraciət Forması
İnfrastruktur

Bakıda metro stansiyalarından biri yenidən qurulacaq

Bakıda metro stansiyalarından biri yenidən qurulacaq

Bakı Metropoliteninin "qırmızı xətt"i üzrə fəaliyyət göstərən "Həzi Aslanov" stansiyası yenidən qurulacaq.

Demokrat.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, metro stansiyasında yenidən tikinti quraşdırma işləri həyata keçiriləcək:

"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə qədər "yaşıl xətt"in şərti adı "Y-17" olan, "Həzi Aslanov-2" metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir.

Stansiya istifadəyə veriləndən sonra "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq".