YapiKredi Müraciət Forması
İdman Özəl

"Pulu verən Batrakovu alacaq" – Menecerindən transfer açıqlaması

Pulu verən Batrakovu alacaq – Menecerindən transfer açıqlaması

"Qalatasaray"ın rusiyalı futbolçusu Aleksey Batrakovun meneceri Vladimir Kuzmiçev oyunçusunun İngiltərə Premyer Liqasına mümkün transferi ilə bağlı diqqətçəkən açıqlama verib.

Demokrat.az-ın məlumatına görə, menecer bildirib ki, futbolçunun İngiltərəyə keçidinə artıq heç bir maneə yoxdur. Onun sözlərinə görə, Batrakovun Türkiyə klubuna transferi əvvəlki proseslərdə yaranan çətinlikləri aradan qaldırıb.

Rusiyalı futbolçu ilə daha əvvəl maraqlanan bəzi Avropa klublarının Rusiyaya tətbiq edilən sanksiyalara görə transferdən geri çəkildiyi barədə məlumatlar yayılmışdı. Kuzmiçev isə hazırda bu baxımdan hər hansı problemin olmadığını vurğulayıb.

"Alekseyin "Qalatasaray"a transferi bütün bu prosesləri asanlaşdırdı. Artıq onun Premyer Liqaya keçməsinə mane olacaq heç nə yoxdur. Bəli, bu, bahalı transfer olacaq. Ancaq lazımi maliyyə imkanlarına malik böyük klublar onun Türkiyədə çıxış etməsinin vəziyyəti asanlaşdırdığını başa düşürlər. Gəlib pulu ödəyəcəklər və məsələ bununla bitəcək", deyə menecer bildirib.