YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

Polad Bülbüloğlu: "Gənclərimizi kitab oxumağa təşviq etməliyik"

Polad Bülbüloğlu: Gənclərimizi kitab oxumağa təşviq etməliyik

"Milli Kitabxana mənim üçün çox əzizdir. Çətin illərdə, maliyyə vəsaitinin çatışmadığı dövrdə bu binanı qoruyub saxlamaq üçün əlimizdən gələni etdik. Bu gün kitabxananın belə gözəl vəziyyətdə və yüksək səviyyədə fəaliyyət göstərməsi sevindiricidir. Milli Kitabxanamız unikal mədəniyyət ocağıdır. Onun beynəlxalq əlaqələri və dünya miqyasında qazandığı nüfuz olduqca vacibdir".

Demokrat.az xəbər verir ki, bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə təşkilatçılığı ilə Zəfər Zalı"nın açılışı və "8 noyabr – Zəfər Günü" adlı Elektron Məlumat Bazasının təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, hazırda kompüter və internet dövründə yaşayırıq:

"İnternet vasitəsilə istənilən məlumatı əldə etmək mümkündür. Amma kitabı əlinə götürmək, vərəqləmək və oxumaq tamam başqa hissdir. Hesab edirəm ki, gənclərimizi məktəb və universitet illərindən kitab oxumağa təşviq etməliyik.

Qələbə zalının açılması böyük məna və əhəmiyyət daşıyır. Bu, tariximizin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından çox vacib addımdır.

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyəti böyükdür. Bu Qələbənin əsas müəllifi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.

Müharibə dövründə bir sıra nüfuzlu dövlətlər Azərbaycanın əleyhinə mövqe sərgiləyir, Ermənistana dəstək verir və silah göndərirdilər. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.

Bu gün sülh müqaviləsinin imzalanması istiqamətində mühüm işlər görülür. İnanıram ki, bu proses müsbət nəticələnəcək".

Nuray Paşşanlı

Editor
Redaktor