YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

Polad Bülbüloğlu Zəfərimizdən danışdı

Polad Bülbüloğlu Zəfərimizdən danışdı

"Milli Kitabxananın Zəfər zalını açması çox düzgün addımdır. Zəfər zalında məqsədyönlü şəkildə bu mövzuya aid müxtəlif kitablar, sənədlər və digər materiallar toplanıb. Buraya xarici qonaqlar, ölkə vətəndaşları və Bakı sakinləri gələrək Zəfər tariximizlə bağlı ətraflı məlumat əldə edə bilərlər".

Demokrat.az xəbər verir ki, bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə təşkilatçılığı ilə keçirilən Zəfər zalının açılışı və "8 noyabr – Zəfər Günü" adlı Elektron Məlumat Bazasının təqdimat mərasimində jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu deyib.

O bildirib ki, bu mövzuda mövcud olan nəşrlərin və sənədlərin vahid məkanda cəmləşdirilməsi, həmçinin kompüterlər vasitəsilə geniş məlumat əldə etmək imkanının yaradılması ziyarətçilər üçün rahatlıq gətirir:

"Gələcək nəsillər yaşadığımız böyük faciə və onun ardınca qazandığımız möhtəşəm qələbə haqqında yeni əsərlər yazacaq, filmlər çəkəcək, elmi tədqiqatlar aparacaq və dissertasiyalar müdafiə edəcəklər.

"Bu baxımdan, belə bir məkanın – Zəfər zalının yaradılması olduqca vacib və əhəmiyyətlidir. Milli Kitabxananın rəhbərliyini və Mədəniyyət Nazirliyini bu münasibətlə təbrik edir, gördükləri işə görə onlara dərin təşəkkürümü bildirirəm".

Nuray Paşşanlı

Editor
Redaktor