Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Mey ilə birlikdə "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Demokrat.az xəbər verir ki, Leyla Əliyeva bu barədə rəsmi "Instagram" səhifəsində paylaşım edib.
O, paylaşımda "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzinə səmimi ziyarəti və hədiyyələri üçün Çin səfirinə təşəkkür edib.


