YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Üç bürcü çətin sınaq gözləyir: Verdikləri sözlərə görə peşman ola bilərlər

Üç bürcü çətin sınaq gözləyir: Verdikləri sözlərə görə peşman ola bilərlər

Noyabrın 7-dən etibarən üç bürcün nümayəndələri üçün çətinliklərlə dolu dövr başlaya bilər. Onlar yarımçıq qalan işlərə, yerinə yetirilməyən vədlərə və təxirə salınan planlara görə məsuliyyət daşımalı olacaqlar.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşrinin astroloji proqnozunda bildirilir.

Proqnoza görə, uğura aparan əsas şərt intizam və başladığı işi sona çatdırmaq bacarığı olacaq. Retrograd Saturnun təsiri ilə bəzi insanlar keçmişdə verdikləri sözləri və reallaşdırmadıqları planları yenidən xatırlamalı olacaqlar. Bu mərhələdə öz səhvlərini qəbul etmək və məsuliyyətdən yayınmamaq vacib sayılır.

Əkizlər

Əkizlər bürcündən olanlar ətrafdakı insanların onlara tez-tez verdiyi suallardan narahat ola bilərlər. Söhbət vaxtilə başa çatdıracaqlarına söz verdikləri, lakin hələ də yarımçıq qalan işlərdən gedir. Yaxınlarının xatırlatmaları onlara müdaxilə kimi görünsə də, əslində bu narahatlığın səbəbi özlərinə verdikləri sözü yerinə yetirməmələridir. Astroloji proqnoza əsasən, Əkizlər artıq bəhanələr axtarmaq əvəzinə konkret addımlar atmalı və başladığı işi tamamlamalıdırlar.

Əqrəb

Əqrəblər üçün əsas sınaq böyük planlarla real addımlar arasındakı fərq olacaq. Onlar ətrafdakılarla arzularını və gələcək niyyətlərini bölüşsələr də, bunları həyata keçirməkdə çətinlik çəkə bilərlər. Nəticədə yaxınlarının gözləntiləri və əvvəlki vədləri onları çətin vəziyyətə sala bilər. Bu dövrdə Əqrəblərə sözlərlə deyil, əməlləri ilə özlərini sübut etmək tövsiyə olunur. Qarşılaşacaqları çətinliklərdən yayınmasalar, çoxdan arzuladıqları məqsədlərə yaxınlaşa bilərlər.

Oğlaq

Adətən məsuliyyətli və etibarlı olmaları ilə seçilən Oğlaqlar da bu dəfə çətinliklərlə üzləşə bilərlər. Onlar üzərlərinə götürdükləri öhdəliklərdən birini yerinə yetirə bilmədikləri üçün ətrafdakıların iradları ilə qarşılaşa bilərlər. Bu vəziyyət əvvəlcə onları narahat etsə də, sonradan prioritetlərini yenidən müəyyənləşdirməyə kömək edəcək. Astroloji şərhə görə, Oğlaqlar bəhanələr əvəzinə səhvlərini qəbul etməli və yarımçıq qalan işləri tamamlamağa çalışmalıdırlar.