Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad istiqamətində buraxılan iki raket havada zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə fəaliyyət göstərən husilərin – "Ənsar Allah" hərəkatının atdığı iki raketi havada vuraraq məhv edib.
Hadisənin nə vaxt baş verdiyi və mümkün zərərçəkənlərin olub-olmadığı barədə hələlik əlavə məlumat açıqlanmayıb.


