YapiKredi Müraciət Forması
Hadisə

Böyükşor yolunda ağır qəza — VİDEO

Böyükşor yolunda ağır qəza — VİDEO

Bakının Sabunçu rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə bu gün saat 09:30 radələrində Balaxanı qəsəbəsi ərazisində, Böyükşor gölünün üzərindən keçən yolun paytaxtın mərkəzinə doğru olan istiqamətində qeydə alınıb.

"Opel" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində "Tofaş" markalı avtomobil yararsız vəziyyətə düşüb, digər nəqliyyat vasitəsinə də ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib. (qafqazinfo)

Editor
Redaktor