Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Ölən və xəsarət alan şəxslərin kimlikləri dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (Apa)


