Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Məlumata görə, hadisə rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki VAZ-2106 markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


