Yeşilçamın unudulmaz aktrisalarından Bahar Erdeniz uzun müddətdir gözlərdən uzaq yaşasa da, illərə meydan oxuyan gözəlliyi ilə yenidən gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, məşhur aktrisanın illər sonra yayılan son fotoları sosial şəbəkələrdə maraq doğurub.
Türk kinosunun bir dövrünə damğa vuran Bahar Erdeniz həm gözəlliyi, həm də maraqlı həyat hekayəsi ilə yaddaşlarda qalıb. O, Amerikan Qız Kollecində təhsil aldıqdan sonra İsveçdə psixologiya üzrə oxuyub. Türkiyəyə qayıtdıqdan sonra modellik fəaliyyətinə başlayıb və qısa müddətdə kino dünyasına qədəm qoyaraq məşhurlaşıb.
Evliliyi uzun müddət gündəmdə qalmışdı
Bir çox filmdə rol alan aktrisa daha sonra dövrünün məşhur Fənərbağça futbolçusu Engin Verel ilə ailə həyatı qurub. Cütlüyün evliliyi həmin illərdə mətbuatın diqqət mərkəzində olub. Evləndikdən sonra Fransaya köçən Bahar Erdeniz bir müddət sonra ictimai həyatdan uzaqlaşmağa üstünlük verib.
Son fotosu diqqət çəkdi
Uzun illərdir ekranlardan və kameralardan uzaq, sakit həyat sürən aktrisanın son fotoları izləyicilərin marağına səbəb olub.
Paylaşılan görüntülərdən sonra sosial şəbəkə istifadəçiləri Bahar Erdenizin gözəlliyini qoruyub saxlamasına diqqət çəkərək, "İllər ona heç təsir etməyib" və "Hələ də çox gözəldir" kimi rəylər yazıblar.



