YapiKredi Müraciət Forması
Hadisə

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi: 7 nəfər həyatını itirib

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi: 7 nəfər həyatını itirib

Türkiyənin Van-Özalp avtomobil yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, TIR və mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım, polis, jandarma, AFAD, Milli Tibbi Xilasetmə Qrupu və yanğınsöndürənlər cəlb olunublar.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova