Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında təqaüd proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılacaq.
Proqram sosial həssas qrupa aid olan, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I kursunda oxuyan və qəbul imtahanında minimum 600 bal toplayan tələbələri əhatə edir.
Seçilən hər tələbəyə 10 ay ərzində aylıq 200 manat təqaüd veriləcək.
Qeyd edək ki, indiyədək proqram çərçivəsində 43 tələbəyə təqaüd ayrılıb. (sonxeber.az)


