YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Serdar Ortaç özünü Tarkanla müqayisə etdi: "Bir nömrə mənəm"

Serdar Ortaç özünü Tarkanla müqayisə etdi: Bir nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub.

Demokrat.az xəbər verir ki, müğənni səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Türkiyənin ən yaxşı kişi pop ifaçılarının yer aldığı sorğuda Tarkan birinci, Serdar Ortaç ikinci, Kenan Doğulu isə üçüncü sırada qərarlaşıb. Nəticələr barədə fikri soruşulan Ortaç zarafatla özünü birinci yerə layiq gördüyünü bildirib.

"Bir nömrə mənəm, sonra Tarkan", – deyə müğənni qeyd edib. Daha sonra zarafat etdiyini və özünü birinci sıraya qoymadığını da əlavə edib.

Ortaç şəxsi həyatı ilə bağlı açıqlamasında isə hazırda əsas prioritetinin sağlamlığı olduğunu vurğulayıb. O, əvvəlcə sağlamlığına diqqət yetirmək, daha sonra mahnı yazmağa davam etmək, bundan sonra isə sevgi həyatını düşünmək istədiyini bildirib.