YapiKredi Müraciət Forması
İdman

"Barselona"nın futbolçusu ən yaxşı mükafatını qazandı

Barselonanın futbolçusu ən yaxşı mükafatını qazandı

İspaniyanın "Barselona" klubunun və ölkə millisinin müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy-2026" mükafatına layiq görülüb.

Demokrat.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb.

19 yaşlı futbolçu 2026-cı ildə həm klub, həm də milli komanda səviyyəsində qazandığı uğurlarla fərqlənib. O, İspaniya millisinin heyətində dünya çempionu olub və turnirin ən yaxşı gənc futbolçusu seçilib. Həmçinin "Barselona" ilə ardıcıl ikinci dəfə İspaniya çempionluğunu qazanıb.

Qeyd edək ki, Kubarsi bu mükafatı qazanan ikinci müdafiəçi olub. Ondan əvvəl 2018-ci ildə Niderland millisinin futbolçusu Matteys de Liqt "Golden Boy" mükafatına layiq görülüb.