YapiKredi Müraciət Forması
İdman

Beşqat Olimpiya çempionu prezidentliyə namizədliyini irəli sürür

Beşqat Olimpiya çempionu prezidentliyə namizədliyini irəli sürür

Cüdo üzrə beşqat Olimpiya çempionu, fransalı Teddy Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, 37 yaşlı idmançı bu barədə noyabrın 9-da "Le Parisien" qəzetinə müsahibəsində və sosial şəbəkələrdə yayımladığı videoda məlumat verib.

"Bu gün sizə açıq şəkildə deyirəm: prezident seçkilərində namizədəm", – deyə Riner bildirib.

O, Fransada müşahidə etdiyi sosial parçalanma, gənclərin gələcəyə inamının azalması və cəmiyyətdəki narazılıqların bu qərarı verməsinə təsir etdiyini söyləyib. İdmançı özünü nə sağ, nə də sol siyasi düşərgəyə aid etdiyini, məqsədinin fransızları birləşdirmək olduğunu vurğulayıb.

Riner "La France qu"on veut" ("İstədiyimiz Fransa") şüarı ilə kampaniyaya başlayıb. O, namizədliyini irəli sürməkdə qəti olduğunu və bu məqsədlə müxtəlif sahələrdən olan şəxsləri ətrafına topladığını bildirib.

Qeyd edək ki, Fransada prezident seçkilərində iştirak etmək üçün namizədlər seçkili şəxslərdən 500 imza toplamalıdırlar. Riner siyasi fəaliyyətə başlasa da, idman karyerasını başa vurmaq niyyətində olmadığını və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak ehtimalını da istisna etmədiyini deyib.