Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçusu Ağadadaş Salyanski milliyə dəvət olunub.


