YapiKredi Müraciət Forması
Maraqlı

Günəşdə pişik siluetli dəlik yarandı – FOTO

Günəşdə pişik siluetli dəlik yarandı – FOTO

Günəşdə yaranan qeyri-adi koronal dəlik maraqlı görünüşü ilə diqqət çəkib. Nəhəng qaranlıq sahənin forması pişiyi xatırladır.

Demokrat.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası hadisənin görüntülərini yayımlayıb.

Mütəxəssislərin sözlərinə görə, əvvəllər balerinanı və ya gimnastı xatırladan koronal dəlik Günəşin görüntüsü fərqli bucaqdan təqdim edildikdə pişik siluetinə bənzəyib. İnternet istifadəçiləri isə həmin görüntüdə uzunboyunlu dinozavr fiquru da görüblər.

Alimlər izah ediblər ki, koronal dəliklər Günəş atmosferində plazmanın temperaturu və sıxlığının azaldığı, maqnit sahəsinin isə kosmosa açıldığı bölgələrdir. Bu sahələrdən yüksək sürətlə Günəş küləyi kosmosa yayılır.

Məlumata görə, hazırda həmin dəlikdən ayrılan Günəş küləyinin sürəti saniyədə 700-800 kilometrə çatır. Bu axın Yer kürəsində geomaqnit təlatümlərinə və qütb parıltılarına səbəb ola bilər.

Qeyd edək ki, alimlər Günəşdəki aktivliyi və onun Yerə mümkün təsirlərini müşahidə etməkdə davam edirlər.

Günəşdə pişik siluetli dəlik yarandı – FOTO