YapiKredi Müraciət Forması
Hadisə

Azərbaycanda tanınmış güləş məşqçisi vəfat etdi - FOTO

Azərbaycanda tanınmış güləş məşqçisi vəfat etdi - FOTO

Lənkəran rayonunda uzun illər səmərəli fəaliyyət göstərmiş, bölgədə yunan-Roma güləşinin əsasını qoyan və inkişafına töhfə verən tanınmış məşqçi-müəllim Hökmulla Qasımzadə vəfat edib.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hökmulla Qasımzadə Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində (UGİŞM) çalışdığı onilliklər ərzində yüzlərlə yeniyetmə və gəncə güləşin sirlərini öyrədib.

Onun rəhbərliyi altında yetişən idmançılar respublika birinciliklərində və zona yarışlarında yüksək nailiyyətlər əldə edərək diplom və medallar qazanıb, Lənkəran idman məktəbini layiqincə təmsil ediblər.

Azərbaycanda tanınmış güləş məşqçisi vəfat etdi - FOTO