YapiKredi Müraciət Forması
Şou-biznes

"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"

20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar

Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Demokrat.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:

"Bu sənət aləminə gələn uşaqlar 20 yaşı keçiblərsə və bir heç nə edə bilməyiblərsə, özlərinə başqa sənət axtarsınlar. 20 yaşdan sonra müğənnilikdə və ya başqa sahədə bir qığılcım varsa, deməli, alınacaq. Yoxdursa, başqa sənət axtarmaq lazımdır. Əks halda, küçələrdə qalacaqsan.

Bir məsələ də var. Dahi Rəşid Behbudov deyirdi ki, peşəkarlığın bir zirvəsi də 50 yaşdan sonra başlayır". (ölkə.az)