YapiKredi Müraciət Forması
Maraqlı

Noxud və mərciməkdən ətə bənzər yemək hazırlamaq mümkündür

Noxud və mərciməkdən ətə bənzər yemək hazırlamaq mümkündür

İsveçrənin ETH Sürix Universitetinin alimləri noxud, lobya və mərciməkdən ətə bənzər quruluşa malik qida məhsulları hazırlamağın yeni üsulunu təqdim ediblər.

Demokrat.az xəbər verir ki, bu texnologiya paxlalı bitkilərin xüsusi qaydada emal edilməsi və dondurulmasına əsaslanır. Əvvəlcə məhsullar isladılır, əzilərək püre halına gətirilir və qızdırılır. Daha sonra qarışıq xüsusi qəlibdə bir tərəfdən dondurulur.

Bu proses nəticəsində məhsulun daxilində lifli quruluş yaranır. Əridildikdən sonra isə həmin quruluş qorunub saxlanılır.

Alimlər bildirirlər ki, yeni üsulla hazırlanan məhsulların teksturası ət və balığa bənzəyir. Texnologiyanın üstünlüklərindən biri onun ev şəraitində də tətbiq edilə bilməsidir.