YapiKredi Müraciət Forması
Dünya

NASA Ayda daimi yaşayış məntəqəsi quracaq – 10 milyard dollar ayrılır

NASA Ayda daimi yaşayış məntəqəsi quracaq – 10 milyard dollar ayrılır

ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ayda daimi baza yaratmaq planını sürətləndirir. Layihə çərçivəsində 10 milyard dollara qədər vəsait nəzərdə tutulub.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın yeni planı Ay səthinə yük və avadanlıqların çatdırılması, gələcək missiyaların təşkili və astronavtların uzunmüddətli fəaliyyəti üçün infrastrukturun yaradılmasını əhatə edir.

Layihənin əsas istiqamətlərindən biri Ayda nüvə enerjisi ilə işləyən "PROMISE" adlı yeni roverin hazırlanmasıdır. Bu texnologiyanın Ay səthində daha uzunmüddətli tədqiqatların aparılmasına imkan verəcəyi gözlənilir.

NASA-nın planına əsasən, Ayda daimi baza 2032-ci ilə qədər yaradılmalıdır. Agentlik bunun üçün özəl kosmik şirkətlərlə də əməkdaşlığı genişləndirir.